Ölkə futbolu
Yuri Matias: “4 qol vurmaq ayrı bir xoşbəxtlikdir” (MÜSAHİBƏ)
“Neftçi”nin müdafiəçisi Yuri Matiasın Futbolxeber.az saytına müsahibəsi
- İkinci dövrənin ilk turunda “Səbail” üzərində 4:2 hesablı qələbə qazandınız. Görüş barədə nə deyə bilərsiz?
- Qələbə qazandığımız üçün xoşbəxtik. 3 xal qazanmaq bizim üçün olduqca vacib idi. 4 qol vurmaq isə ayrı bir xoşbəxtlikdir. İlk dəqiqələrdə qapımızda qol görməyimiz mənfi məqam olsa da, növbəti oyunlarda daha diqqətli olmalı, bunu aradan qaldırmağa çalışmalıyıq.
- Vurduğunuz üçün qol demək olar ki, matçın taleyini həll etdi...
- Hər matçda fərqlənməyə çalışıram. Bu tərzdə qol vurmaq xoşuma gəlir. Artıq bu cür beş qol vurmuşam.
- Bu, həm də mövsüm ərzində üçüncü qolunuz oldu. Müdafiəçi olsanız da, ilk 10 turdan sonra “Neftçi”nin bombardirisiz.
- Bilirəm ki, işim qol vurmaq deyil. Mən mərkəz müdafiəçisiyəm. Bununla belə, bacardığımın ən yaxşısını etməyə çalışıram. Komandada bu cür oynamağa davam etmək istəyirəm.
- Mətbuatda adınız "Qarabağ"la yanaşı hallanır. Bu, nə dərəcədə realdır?
- Bu barədə məlumatlı deyiləm. Mətbuatda çox xəbərlər tez-tez tirajlanır. Lakin bu tərz xəbərləri oxumağı xoşlamıram. "Neftçi" üçün oynayıram, burada daha xoşbəxtəm. Mən hər mövsüm daha yüksək nəticə ortaya qoymaq istəyirəm, bu, mənim xarakterimdir.
- Yəni azarkeşlər “Neftçi”ni “Qarabağ”a dəyişməyəcəyinizə arxayın ola bilərlər?
- Mən ilk növbədə azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu gün həqiqətən bizə möhtəşəm dəstək oldular.
- Sizdən öncə "Qarabağ" turun açılış oyununda xal itirdi. Bu məqam motivasiyanızı daha da artırdı?
- Oyundan öncə “Qarabağ”ın qələbə qazandığını eşitdik. Yalnız “Səbail”lə matç bitdikdən sonra bildik ki, "Qarabağ" son saniyələrdə qapısında qol görməklə xal itirib. Əsas işimiz öz oyunumuza baxmaqdır. Hər matçda daha da üst pillələrə qalxmaq üçün meydana çıxırıq.
- Vurduğunuz qolu kimə həsr etdiniz?
- Qolu mənim ən böyük azarkeşim olan həyat yoldaşıma həsr edirəm. Braziliyadan gəlib, mənim oyunumu seyr etmək üçün burdadır. İki həftə mənimlə birlikdə olacaq. Digər tərəfdən qolu bütün "Neftçi" azarkeşlərinə həsr edirəm. Onlar bu gün möhtəşəm idilər. Fanatlar mənə sosial şəbəkələrdə hər oyun daha çox dəstək olurlar. Xoş mesajlar göndərir, oyunumdan zövq aldıqlarını bildirirlər. Mən də onlardan aldığım bu enerjini meydanda göstərməyə çalışıram. Bundan məmnunam.
Azad NURİYEV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb