9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“İrəvan” “İmişli”li ilə oyuna çıxacaq? - PFL-dən açıqlama

“ƏGƏR BİR KOMANDA QARŞILAŞMA TƏYİN OLUNAN VAXTDAN 30 DƏQİQƏ SONRAKI MÜDDƏTDƏ STADİONA GƏLMƏZSƏ...”

“İstənilən halda komandanın durumu texniki məğlubiyyət səviyyəsinə gəlib çıxanda, yəni oyuna çıxa bilmirlərsə, bu zaman araşdırma aparılır. Təbii ki, “İrəvan”ın durumunu diqqətdə saxlayırıq. İlk texniki məğlubiyyət olacağı halda, komandanın durumu bilinəcək. Bu, klubun daxili işidir. Biz Peşəkar Futbol Liqası olaraq hər şeyə müdaxilə edə bilmirik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Sənan Abdullayev I Liqanın lideri “İrəvan”ın bu gün V tur çərçivəsində səfərdə “İmişli”yə qarşı keçiriləcək oyuna çıxıb-çıxmayacağı barədə danışarkən deyib.

“Irəvan” meydana çıxmasa, PFL hansı addımları atacaq? Bununla bağlı S.Abdullayev bildirib ki, bu barədə əsasnamədə qeydlər var:  “Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən yarışlarda həmin Liqaların Əsasnaməsinin tələbləri qüvvədə olur və bütün klublar bu Əsasnaməni izləməli və mövsümdən öncə tətbiq olunmuş Oyun günü planına uyğun hərəkət  etməlidirlər. Oyun günü planı AFFA nümayəndəsi, hakimlər, komandalar, oyuna birbaşa və dolayı yolla  əlaqədar olan bütün şəxslər  tərəfindən izlənməlidir. Bu gün keçirilməsi nəzərdə tutulan “İmişli” - “İrəvan” oyunu üçün də bütün prosedural qaydalar həyata  keçirilib. Əgər bir komanda oyun təyin olunan vaxtdan 30 dəqiqə sonrakı müddətdə stadiona gəlməzsə, oyun baş tutmamış hesab olunacaq, protokolda bununla bağlı bütün məqamlar qeyd olunacaq və İntizam Komitəsi rəsmi sənədlər  əsasında hadisəni araşdırıb, hüquqi qiymət  verəcək”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31