2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Şahin Diniyev: “Coşqun kritik məqamda hesabı açdı”

“Coşqunun oyununu izlədim. Çox yaxşı çıxış etdi”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev oğlu Coşqun Diniyevin dünən “Ümraniyespor”un heyətində qol hesabını açmasına münasibət bildirərkən deyib.

O, Coşqunun oyunundan razılığını ifadə edib: “Coşqun kritik məqamda hesabı açdı. Komandası zəif çıxış edirdi, fərqlənə bilmirdi. Nəhayət Coşqun uzaqdan gözəl zərbə ilə hesabı açdı. Onun çıxışından çox razıyam. Komandanın oyununu apara bilir”.

Təcrübəli mütəxəssis Coşqunun əvəzlənməsini milli komandanı düşünməsi ilə əlaqələndirib: “Coşqun 77-ci dəqiqədə kiçik zədə aldı. Milli komandanın qarşıdakı matçlarını nəzərə alaraq oyuna davam etməməyə qərar verdi. Matçdan dərhal sonra özündən zədəsinin ciddi olub-olmadığı barədə soruşdum. Mənə milli komandanı düşündüyünü bildirdi. Bu, olduqca yaxşı haldır”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31