2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Zubir: “Rəqib meydanında bu cür mənzərə ilə qarşılaşmaq qürurvericidir” (MÜSAHİBƏ)

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Futbolxeber.az saytına müsahibə verib.

 

- Premyer Liqanın IX turunda “Neftçi” üzərində 2:0 hesablı qələbə qazandız. Görüşü necə şərh edərdiz?

- Matç çətin keçdi. Yüksək texnikası olan komandaya qarşı oynadıq. Hər iki tərəf görüşə yaxşı hazırlaşmışdı. 2 qol vura bildik, amma bu, heç də asan başa gəlmədi.

- Sözlərinizdən belə başa düşdük ki, qələbə heç də asan başa gəlməyib.

- Təbii ki, yox. "Neftçi" ilə oyunlar həmişə ağır keçir.

- İkinci hissədə meydana daxil olduqdan sonra neytral azarkeşlər belə sizin oyununuzu alqışla qarşıladılar. Rəqib meydanında belə bir mənzərə ilə qarşılaşmaq necə bir hissdir?

- Əlbəttə, bu, qürurvericidir. Azarkeşlərin məni dəstəkləməsindən məmnunam. Onlar mənim performansımı çox bəyənirlər. Hər matçda daha yaxşısını etmək üçün meydana çıxıram. Burada xoşbəxtəm.

- İlk dövrəni “Qarabağ” üçün nə dərəcədə uğurlu hesab etmək mümkündür?

- 19 xal pis nəticə deyil. Amma bəzi matçlarda yersiz xal itkiləri ilə üzləşdik. Düşünürəm ki, qarşıdakı turlarda da inamlı çıxışımızı davam etdirməliyik.

- Qarşıda “Qarabağ”ı UEFA Avropa Liqasında "Bayer Leverkuzen"ə qarşı iki çətin oyun gözləyir. Uğurlu çıxışın davamını gözləmək olar?

- Komandaya 3 günlük fasilə verildi. Ondan sonra məşqlərimizi davam etdirəcəyik. Həmin oyuna qədər çox vaxtımız var. Hazırlaşıb həmin görüşlərdə də yaxşı nəticə qazanmağa çalışacağıq. Təbii ki, rəqibin gücü hər kəsə məlumdur. Amma biz də sona kimi mübarizə aparacağıq.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31