2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Qara Qarayev “Qarabağ”a ilk məğlubiyyətini "Futbolxeber"ə şərh etdi

“Real qol epizodlarımız olsa da, onlardan istifadə edə bilmədik. İkinci hissəyə daha diqqətli başlasaydıq, fərqli ssenari ola bilərdi. Lakin ikinci 45 dəqiqənin əvvəlində qapımızda gördüyümüz qol planlarımızı pozdu”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi”yə qarşı keçirilən oyundan sonra deyib.

O, “Qarabağ”a 0:2 hesablı yenilgini belə şərh edib: “Hesabda geri düşdükdən sonra yenilgidən qaçmaq üçün əlimizdən gələni etdik. Kritik epizodlar yaratsaq da, fürsətlərdən yararlana bilmədik. Yekunda məğlub olduq”,

O, “Qarabağ”la görüşdə heç bir xüsusi hiss keçirmədiyini vurğulayıb: “Oyuna ciddi hazırlaşmışdım. Hazırkı komandam “Neftçi”nin uğur qazanması üçün çalışırdım. Hər hansı bir xüsusi hiss keçirmədim. “Qarabağ”a, azarkeşlərinə hörmətim əbədi olacaq. Bunu təkrarlamağa ehtiyac yoxdu. Adi bir oyun idi. Sırf idmançı prinsipindən yanaşırdım”.

Qarayev “Neftçi” üçün ilk dövrəni belə dəyərləndirib: “Çempionata yaxşı start vermədik. İlk oyunlarda fərqli nəticələr əldə etsəydik, bəlkə də hazırda turnir cədvəlində mövqeyimiz daha yaxşı olardı. Təəssüflər olsun ki, mövsümün əvvəlində yersiz xallar itirdik. Buna görə də ilk dövrədə qarşıya qoyulan məqsədə çatdığımızı demək olmaz. Bəlkə də həmin xalları itirməməli idik. Lakin bu futboldur. Hər kəs “Neftçi”yə qarşı xüsusi istəklə oynayır. “Neftçi”dən xal almaq bəzi komandalar üçün əlavə motivasiyadır. İkinci dövrə bu səhvləri aradan qaldıra bilərik”.

Fərəc ASLANOV      

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31