2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Patrik Andrade: “Qurban Qurbanov bizə düzgün motivasiya verdi”

“Oyun bizim üçün yaxşı keçdi. Bu matça üçün çox ciddi hazırlaşdıq. Şadam ki, yekunda çox vacib qələbə qazandıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Premyer Liqanın IX turunda “Neftçi” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən deyib.

O, komandada bir qədər yorğunluq olduğunu bildirib: “Çətin və 5 saatlıq keçən bir səfərdən qayıtmışdıq. Buna görə də komandada bir qədər yorğunluq var idi. Lakin baş məşqçimiz bizə düzgün motivasiya verdi. Biz də onun tapşırıqlarını meydanda yerinə yetirərək qələbə qazandıq”.

Andrade çempionatın ilk dövrəsini belə dəyərləndirib: “Nəticələri gptürəndə dövrəni bizim üçün pis qiymətləndirməzdim. Bəzi oyunlarda xallar itirdik, bəzi oyunlarda məğlub olduq. Çətin keçdi. Qurban Qurbanov düzgün hazırlıq keçdi, düzgün motivasiya verdi. Ruhdan düşmək lazım olmadığını bildirdi. Oyundan oyuna öz çıxışımızı yaxşılaşdırırıq”.

“Qarabağ”ın yarımmüdafiəçi hazırda “Bayer Leverkuzen”lə oyunları düşünmədiklərini bildirib: “Fasilədən sonra “Bayer Leverkuzen”dən öncə bizi "Turan"la səfər oyunu gözləyir. İlk növbədə bu matç barədə düşünürük. Çətin bir səfər qarşılaşması olacaq. Yalnız Tovuzdakı görüşdən sonra "Bayer Leverkuzen"lə oyunlar üçün təhlillər aparacağıq”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31