2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Bura gələndən "Neftçi" ətrafında yalnız tənqid və neqativlik görürəm”

MUTU: “QURBANOV "QARABAĞ"DAKI İLK 5 İLDƏ CƏMİ BİR KUBOK QAZANIB”

“Bizim üçün çətin qarşılaşma oldu. Güclü rəqibə qarşı oynayırdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”a qarşı keçirilən oyundan sonra deyib.

Komandasının 0:2 hesablı yenilgisini şərh edən rumın mütəxəssis “Qarabağ”ın futbolçularının yüksək keyfiyyətini qabardıb: “Oyunçularım meydanda əllərindən gələni etdilər. Nə qədər yaxşı təşkil olunmağımıza baxmayaraq, rəqibdə fərdi olaraq keyfiyyətli oyunçular varsa, çətin alınır. "Qarabağ" və çempionatdakı digər rəqibləri müqayisə edəndə, səviyyə fərqi aşkardır. Onlar avrokubokların qruplarına vəsiqə qazanmaqla bunu sübut edirlər. İki heyətləri var”.

O, "Qarabağ"ın qapısı qarşısında ciddi təhlükə yarada bilməmələri fikri ilə razılaşmayıb: “Xeyr, bununla razılaşmıram. Deyirsiz, “Qarabağ” daha yorğun idi, amma unutmayaq ki, rəqibin iki heyəti var. "Qarabağ"ın üstünlüyü ondandır ki, aşağı-yuxarı eyni səviyyəyə malik iki heyətə malikdirlər. Juninyo və Lunyov 90 dəqiqə oynamışdı, digərləri dəyişilmişdi. Bu gün start heyətində oynayanların səviyyəsi də "Hekken"lə matçda oynayanların səviyyəsi ilə yaxındır. Düşünürəm ki, ilk hissənin sonlarına yaxın təhlükəli epizodlar yaxındıq. Bir də iki qol arasında təhlükəli epizodlar yaradırdıq. Göründüyü kimi, "Qarabağ" əks-hücumlarda daha təhlükəli idi”.

“Qəbələ toplanışına getməmişdən qabaq demişdiz ki, “hər şey yaxşı olacaq”. Azarkeşlər də məşqçi işinin olmamasından narazıdır. İndi sizin bəhanəniz nə olacaq?” sualını Mutu belə cavablandırıb: “Siz dediyiniz sual daha çox şəxsi fikrinizə oxşayır. Sual verin, şəxsi fikrinizi deməyin. Mən bura gəldikdən sonra "Neftçi" ətrafında yalnız tənqid və neqativlik görürəm. Bəli, "Neftçi" komanda olaraq “Kəpəz" və "Araz-Naxçıvan"ı udmalı idi. Amma ümumi siz verdiyiniz sual şəxsi fikrinizdir”.

O, “Neftçi”də möhkəm fundament qurulmalı olduğunu söyləyib: "Neftçi"yə gələndə, uzunmüddətli layihə olacağı vurğulanmışdı. Ona görə gəldim bura. Əvvəlki illərdəki çıxışa fikir versəz, 2020-2021-dəki çempionluğu kənara qoysaq, son 10 ildə “Neftçi”də hər zaman eyni ssenari olub. Biz bərk fundament qurmalıyıq. Ondan sonra qalan şeyləri gözləyə bilərik. Bəzən biz bir addım arxaya atmalıyıq ki, nəyi yaxşı etməliyik. Bu oyunla nəyisə sübut etmək düzgün olmaz, mövsüm hələ irəlidədir. Mən də bu nəticəyə görə üzülürəm. Azarkeşlər də üzgündür. Mövsüm hələ irəlidədir, irəliyə baxmalıyıq, daha yaxşı çalışmalıyıq ki, istədiyimiz komandanı emosiyalar yox, əzmkar iş üzərində qurmalıyıq. "Qarabağ" uzunmüddətli layihənin nəticəsidir, bu komanda qısa müddətə qurulmayıb”.

A.Mutu zaman ehtiyac duyduqlarını vurğulayıb: “Mən özümü Qurban Qurbanovla müqayisə etmək istəmirəm. Çünki o, 9-10 titul qazanıb. Qurbanov "Qarabağ"dakı ilk 5 ildə cəmi bir kubok qazanıb. Ondan sonra titullar, qələbələr əldə edib. Hazırda “Qarabağ”ı dayandırmaq çox çətindir. "Neftçi" də belə layihəni haqq edir. İstər mənimlə, istərsə də başqa məşqçi ilə”.

Mütəxəssis “Forza Neftçi”nin arenanı matçın əvvəlində tərk etməsini belə şərh edib: “Yaxşı olardı ki, fanatlar hər zaman komandanın yanında olsunlar. Bu cür vacib matçlarda azarkeş dəstəyi lazımdır. Onların stadionu matçın əvvəlində tərk etmələrinin səbəbini bilmirəm”.

Mutu “Neftçi”ni yüksək səviyyədfə qaldırmaq üçün konkret nə qədər zaman ehtiyac olması barədə suala konkret cavab verməyib: “Bilmirəm. Qurban Qurbanova 2008-ci ildə bu sualı versəydiz, deyərdi mənə 5 il lazımdır. "Neftçi" asan klub deyil. Bura gələndən təzyiqi hiss edirəm üzərimdə, amma bu təzyiqin üstəsindən gələ bilirəm. Vacib olan amil odur ki, futbolçular özünəinamı itirməsinlər. “Qarabağ”ın çox güclü, keyfiyyətli oyunçular var. Fərq özünü göstərir. "Qarabağ"ı səviyyəcə "Beşiktaş"la müqayisə edərəm. Rəqibdə oyunçular keyfiyyətlidirsə, sənə çətin olur. Futbol 11-11-ədir, lakin rəqib oyunçular birə-birdə daha keyfiyyətlidirsə, onlara qarşı oynamaq daha çətindir. Mövsüm irəlidədir, davam etmək lazımdır. Bir gün gələcək, bəlkə qələbə qazanıb çempion olacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31