2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Mübariz Orucov: “Komanda qalib gəlmək üçün əlindən gələni etdi”

“Oyunun gözəl keçdiyini söyləyə bilmərəm. Amma qarşılaşma maraqlı alındı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqanın IX turunda “Kəpəz”lə oyundan sonra deyib.

O, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib: “Bu gün hər iki komanda qələbə qazanmaq istəyirdi. Şükürlər olsun, istəyinə çatan tərəf biz olduq. Komanda qalib gəlmək üçün əlindən gələni etdi. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu gün bizə çox yaxşı dəstək oldular”.

O, ilk hissə ilə müqayisədə ikincidə “Sumqayıt”ın daha yaxşı çıxış etməsinin səbəbini belə izah edib: “Fasilədə futbolçularla söhbət etdik, lazımi tapşırıqları verdik. Onlar da bildirdilər ki, nəyin hesabına olur-olsun, qələbə qazanmaq istəyirlər”.

M.Orucov birinci hissədəki zəif oyunu meydançanın durumu ilə əlaqələndirməyib: “Bəhanəyə ehtiyac yoxdur. Meydança amili oyunumuza çox təsir etmədi. Lakin külək amilini qeyd etmək mümkündür”.

Mütəxəssis qapıda dəyişiklik edilməsinə belə münasibət bildirib: “Oyundan 2-3 gün əvvəl Mehdi Cənnətovun yüngül zədəsi oldu, ona görə bu gün Orxan meydana çıxdı və ümidləri doğrultdu”.

O, Kasimir Ninqanın durumundan da söz açıb: “Bəzi futbolçular uyğunlaşma dövrünü tez keçirir, bəziləri gec. Ninqada hələ bu proses davam edir. O, pis oynamadı, lakin uyğunlaşması sürətli getmir. Bacarığını hələ ki göstərə bilmir”.

Orucov Rövlan Muradovun cinah müdafiəçisi kimi pis çıxış etmədiyini söyləyib: “Mövsüm uzundur, rotasiyalar olacaq. Rövlan elə futbolçudur ki, üzərinə düşəni edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31