2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Azər Məmmədov: “Ötənilki “Şamaxı” da yoxdur, “Səbail” də”

“Bizim üçün vacib oyun idi. Xal ehtiyatımızı artırmaq istəyirdik. Buna görə də meydana qələbə üçün çıxmışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın IX turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra deyib.

O, komandasının 0:1 hesablı yenilgisini belə şərh edib: “İlk hissədə çox yaxşı oynadıq. Fasiləyə qədər üstünlük bizim tərəfimizdə idi. Lakin ikinci hissənin əvvəlində rəqib üstünlüyü ələ aldı. Qoldan sonra yenilgidən qaçmağa çalışsaq da, alınmadı”.

Mütəxəssis qeyd edib ki, komandasının müdafiə xəttində problem yoxdur: “Arxa xətdə problemimiz yoxdur. 9 tur ərzində 13 qol buraxmışıq və bizim kimi komanda üçün bu nəticə normaldır. Lakin 8 oyuna cəmi 5 qol vurmuşuq. Buna görə də irəlidə oynayanlar artırmalıdırlar. Təəssüf ki, irəli istədiyimizi etmək üçün həm ustalıq çatmır, həm də keyfiyyət”.

A.Məmmədov ötən mövsümlə müqayisədə rəqiblərin gücləndiyini bildirib: “Ötənilki "Şamaxı" da yoxdur, "Səbail" də. Komandalar gücləniblər. Görünən odur ki, güclü komandalara qarşı bir az daha artırmaq lazımdır”.

“Kəpəz”in çalışdırıcısı Vurğun Hüseynova inandığını bildirib: “Ona inamımız böyükdür. İki mərkəz müdafiəçimiz stabil oynayır, indi onları dəyişsəm, ədalətsizlik olar. Lakin gələcəkdə Vurğunun da xidmətindən yararlanacağıq”.

O, gələcəyə inamlı baxdığını vurğulayıb: “Sumqayıt” ötən mövsüm səhv etmirəmsə, 16 oyun qələbə qazana bilməmişdi. Düzdür, bu il "Kəpəz"ə zəif gözü ilə baxırlar. İkinci dövrədə daha yaxşı olacağımıza və xallar qazanacağımıza inanıram”.

Azər Məmmədov komandasının yalnız "Qarabağ", "Sabah" və "Neftçi" kimi rəqiblərlə oyuna motivasiya ilə çıxması haqda fikrə belə münasibət bildirib: “Böyükhesablı məğlubiyyətimiz bircə "Səbail"ə qarşı olub. Digər nəticələr bir fərqlə qeydə alınıb. Biz asan təslim olan komanda deyilik. "Qəbələ"də köklü dəyişikliklər oldu və özlərini toparlamaq üçün vaxta ehtiyacları var idi. Bizdə də elədir, ötən mövsümdən 5-6 oyunçu var. Düşündüyümüz heyəti hələ oynada bilməmişik. Vaxta ehtiyacımız var. İstədiyimiz "11-liy"i hələ meydama buraxa bilməmişik. Hər matça belə hazırlaşırıq, hər şeyə rəğmən, bugünkü oyun gələcəyə ümid verdi, inkişaf ola, xallar qazana bilərik. Bizə uyğun olan komandalardan xallar götürməyə borcluyuq və inşallah, edəcəyik”.

“Kəpəz”in çalışdırıcısı Gəncədə meydandan kənarda oyunlar getməsinə fikrinə də toxunub: “Kəpəz” azarkeşləri çılğındır. Hər zaman yaxşı nəticə tələb edilir. Bugünkü "Kəpəz" keçmiş "Kəpəz"ə yaxındırmı? O vaxtla indiki arasında fərqlər var. Bəzən reallığa baxmaq lazımdır. Azarkeşlərimiz var ki, çox müsbət düşüncəlidirlər, sadaladığım kriteriyaları başa düşürlər. İstəyirlər ki, sonuncu olmayaq. Çalışacağıq, onların istəyini yerinə yetirək”.

Mütəxəssis hədəflərinin Premyer Liqada qalmaq olduğunu söyləyib: “Hədəfimiz elitada qalmaqdır. Lakin o demək deyil ki, 9-cu olmalıyıq. Hədəfimiz elitada qalmaqdır, bunun üçün çalışırıq. Düşünürəm ki, elitada qalacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31