2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Rüfət Abdullazadə: “Səbail”in uğuru davamlı olacaq” (MÜSAHİBƏ)

Azərbaycan Premyer Liqasının IX turunda “Qəbələ”yə qarşı keçirilən oyunda vurduğu qolla “Səbail”ə qələbə qazandıran Rüfət Abdullazadə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az 22 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir.

 

- Bu gün komandama qələbə qazandırdın. Vurduğun qolu necə şərh edərdin?

- Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Amma kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, komandamız qələbə qazansın. İmkan düşdü və mən də qapıya zərbə endirdim. Şadam ki, zərbəm dəqiq alındı və komandam vacib 3 xal əldə etdi.  

- Necə düşünürsən, bu qoldan sonra növbəti oyunlarda səni əsas heyətdə görə biləcəyik?

-  Mən həmişə öz üzərimdə işləyirəm. Məşqçi nə vaxt şans versə, dəyərləndirməyə çalışıram. Əlimdən gələni edirəm ki, komandama faydalı oldum. Lakin yekun qərarı Şahin müəllim verir.

- Oyundan sonra Şahin Diniyev mətbuat konfransında bildirdi ki, səndən bir partlayış gözləyir...

- Bunu mənə təkbətək söhbətimiz zamanı da deyib. Mən də əlimdən gələni edirəm. Məşqlərdə də dayanmadan çalışıram ki, baş məşqçimiz şans verəndə ümidləri doğruldum.

- Yayda “Sumqayıt”dan gedişin müzakirələrə səbəb oldu...

- “Sumqayıt” haqda danışmaq istəmirəm. Nə olubsa olub, hazırda “Səbail”dəyəm və burada özümü xoşbəxt hiss edirəm.

- Belə görünür ki, keçmiş klubundan inciksən.

- “Sumqayıt” öz şəhərimin komandasıdı. Mən şəhərimi çox sevirəm. Heç kimdən incik deyiləm. Başqa da nəsə demək istəmirəm.

- “Səbail” bu uğurlu çıxışını növbəti dövrələrdə də davam etdirə biləcək?

- İnanıram ki, “Səbail”in uğuru davamlı olacaq. Çünki biz təsadüfi uğur qazanmırıq. Komandamız ilk3 turda bir qədər zəif təsir bağışlasa da, sonradan özümüzə gəldik. Ardıcıl 4 qələbədən sonra komanda tam özünə gəldi.

- İlk dövrəni 17 xalla tamamladız. Bu nəticə komandada arxayınçılıq yaratmayacaq?

- Baş məşqçimiz bununla bağlı tez-tez bizimlə söhbət aparır. Deyir ki, eyforiyaya qapılmaq olmaz. İçimizdə də belə bir qorxu yoxdur.

Fərəc ASLANOV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31