2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Müşahidə Şurasının üzvü: “Bu, “Səbail”in tarixində ən uğurlu dövrədi” (MÜSAHİBƏ)

“Ötən mövsüm əksər oyunlarda bu rəqibə uduzmuşduq. Amma bu gün nə “Qəbələ” keçənilki “Qəbələ”di, nə də “Səbail” həmin “Səbail”di. Ona görə də səfərə 3 xal üçün gəlmişdik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Səbail”in Müşahidə Şurasının üzvü Əbdülqəni Nurməmmədov deyib.

O, Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Qəbələ” üzərində qazanılan 1:0 hesablı qələbəni belə şərh edib: “Oyun çox gərgin keçdi. Uduza da bilərdik, heç-heçə də qeydə alına bilərdi. Rəqibin qol şansları oldu. Lakin sonda istəyimizə çatdıq və çox vacib qələbə qazandıq”.

Nurməmmədov “Səbail”in ilk dövrədəki çıxışına belə qiymət verib: “İlk dövrəni uğurlu yox, çox uğurlu sayıram. Neçə illərdi “Səbail”dəyəm. Dövrə ərzində 17 xal yığmağımızı xatırlamıram. Bu, klub tarixində ən uğurlu dövrədi”.

O qeyd edib ki, komanda təkcə nəticə qazanmır: “Səbail” 9 tur ərzində inamlı təsir bağışladı. Özü də komanda təkcə xal qazanmır. Xalları gözəl oyunla əldə edir. Bəzən görürsən hansısa komanda uğurlu nəticə əldə edir, amma oyunu zəif olur. Bugünkü “Səbail” isə həm gözəl çıxış edir, həm də nəticə qazanır”.

“Səbail” rəsmisi uğurun reseptini belə izah edib: “Təbii ki, ilk növbədə baş məşqçi amilini qeyd etmək lazımdı. Şahin müəllim ötən mövsüm komandanı Premyer Liqada saxladı. Bu mövsüm isə istədiyi heyəti qurmaqla nəticə qazanır. Rəhbərliyin lazımi anda qəbul etdiyi düzgün qərarlar da uğurda böyük rol oynayır. Və təbii ki, yayda heyətə cəlb olunan legioneri qeyd etməliyəm. Onlar etimadı tamamilə doğrultdular. Eləcə də yerli futbolçularımızın əzmkarlığını qeyd etməliyəm”.

Müşahidə Şurasının üzvü komandanın qarşısına hansı hədəflər qoyulması barədə sualı belə cavablandırıb: “Konkret hədəf qoyulmayıb. Açığı, mən düşünürdüm ki, bu heyətlə beşinci, altıncı yer uğrunda oynamaq olardı. Lakin komanda yaxşı mənada hamımızı təəccübləndirir. Bu cür davam etsək, hazırkı mövqeyimimizi sona qədər saxlaya bilərik”.

Fərəc ASLANOV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31