4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Papunaşvili: “Vəziyyəti düzəltməliyik”

“Səhvlərimiz üzərində işləməli, vəziyyəti düzəltməli və inkişaf etməliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Kəpəz”in gürcüstanlı futbolçusu Georgi Papunaşvili klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Komandasının Premyer Liqanın son pilləsində olduğunu xatırladan 28 yaşlı yarımmüdafiəçi bu durumdan çıxacaqlarına inanır: “Azarkeşlərimiz möhtəşəmdirlər, bizi sevirlər. Bilirəm ki, nəticələrə görə narahatdırlar. Amma geridönüş edəcək və daha yaxşı nəticələr qazanacağıq. Azarkeşlərin hər dəfə adımı səsləmələri olduqca xoşdur. Görünür, mənə böyük inam bəsləyirlər. Ancaq komanda uduzubsa, xüsusi olaraq kimisə yaxşı oyunçu kimi fərqləndirməməliyik. Deməli, hamımız səhv etmişik. Məsuliyyəti dərk edərək nəticə çıxarmalıyıq”.

Papunaşvili “Kəpəz”ə keçdiyi üçün xoşbəxt olduğunu söyləyib: “Bura mənim xoşuma gəlir. Hər yerdə isti münasibət bəsləyirlər. Əla bazamız var. Gənc oyunçulara örnək olmaq istəyirəm. Təbii ki, əsas məqsədim komandaya kömək etməkdir. Əlbəttə ki, xoş olmayan durum var. Çünki evdə keçirdiyimiz oyunlarda məğlub olmuşuq. Bu yaxşı hal deyil”.

Qeyd edək ki, hazırda hesabında 5 xal olan “Kəpəz” Premyer Liqanın IX turunda oktyabrın 8-də “Sumqayıt”la səfərdə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31