4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Matias “Qarabağ”la oyundan danışdı: “Azarkeşlərimizin bizi dəstəkləmələrini istəyirəm”

“Azarkeşlərlə birlikdə daha güclü oluruq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Yuri Matias klubun televiziyasına açıqlamasında deyib.

Braziliyalı müdafiəçi Premyer Liqanın IX turunda üz-üzə gələcəkləri “Qarabağ”la matça hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib: “Oyundan-oyuna komandada inkişaf göz önündədir. Düşünürəm ki, “Qarabağ”la görüşə kimi tam hazır olacağıq. Həftəboyu üzərimizdə çalışırıq ki, oyun günü yaxşı vəziyyətdə olaq. Azarkeşlərimizin “Qarabağ”la matçda bizi dəstəkləmələrini istəyirəm”.

28 yaşlı oyunçu əzəli rəqiblə qarşılaşmaya özünü hazır sayır: “Ümid edirəm ki, mən də meydanda olacağam, komandama kömək edə biləcəyəm. Amma buna baş məşqçi qərar verir. Təəssüf ki, ötən turda iştirak edə bilmədim. Buna baxmayaraq, komanda yoldaşlarım uğurlu çıxış edərək, “Turan Tovuz” üzərində səfər qələbəsi qazandılar”.

Qeyd edək ki, oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31