9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Emin Mahmudov: "Səhərə kimi onu düşündüm”

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İordaniya ilə yoldaşlıq oyunu öncəsi fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, mətbuat konfransında deyib:

“Baş məşqçinin də dediyi kimi, oyuna ciddi yanaşırıq. Yoldaşlıq oyunu olsa belə, məqsədimiz oktyabr ayındakı oyunlarda bir-birimizi daha yaxşı başa düşməkdir. Sabah qalib gəlmək istəyirik. Yaxşı komandaya qarşı oynayacağıq. Rəqib sürəlti əks-hücumlar qurmağıı bacarır. Çalışacağıq ki, öz oyunumuzu göstərək”.

Mahmudov Belçika ilə matçda qaçırdığı real qol epizodundan da söz açıb: “Belçika ilə oyunda əldə etdiyim epizod qol olmalı idi. Mənim üçün yaxşı şans idi. Rahat vuracağımı zənn etdim. Rahatlıq məni çaşdırdı. Oyundan sonra səhərə kimi onu düşündüm”.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - İordaniya görüşü saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31