9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Novruz Əzimov: “Bu gün qələbə “Dinamo” üçün çox vacib idi”

“Futbolçularımı oyundan dərhal sonra təbrik etdim. Bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi. Çünki ilk turda uduzmuşduq. Yeni formalaşmış komandayıq. Bugünkü qələbəyə baxmayaraq, hələ görüləsi işlərimiz çoxdur”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri II Liqanın ikinci turunda “Lerik”i 4:1 hesabı ilə məğlub edən “Dinamo”nun baş məşqçisi Novruz Əzimov deyib.

Təcrübəli mütəxəssis “Dinamo”nun hədəfləri barədə bunları söyləyib: “Oyunumuzu da, nəticələrimizi də daha da yaxşılaşdırmalıyıq. Komandanı formalaşdırmaq və mümkün olduğu qədər yuxarı pillələrdə qərarlaşmaq əsas məqsədimizdir”.  

N.Əzimov rəqiblər haqda Peşəkar Futbol Liqasının yayımları sayəsində məlumat əldə etdiklərini bildirib: “Peşəkar Futbol Liqası sağ olsun ki, bütün oyunların çəkilişlərini aparır. Məhz həmin videolar vasitəsi ilə rəqiblər barədə məlumatları əldə edirik. Düzü, hazırda özümü bu liqada tam rahat hiss etmirəm. Cəmi iki tur geridə qalsa da, gözlənilməz nəticələr qeydə alınır”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31