Ölkə futbolu
Musa Qurbanlı İsveçdəki həyatından danışdı: “Xəyallarımın ardınca gedirəm” (MÜSAHİBƏ)
“Yurqarden”in hücumçusu Musa Qurbanlının müsahibəsi
- “Yurqorden”də özünü necə hiss edirsən? Artıq ölkə kuboku və çempionat oyununda fərqləndiyindən yeni komandana uyğunlaşdığını düşünmək olar?
- Hər şey qaydasında, yeni komandamla bağlı fikirlər müsbətdi. İlk gündən mənə qarşı ancaq isti münasibət gördüm. Azarkeşlər də məni çox yaxşı qarşıladılar ki, bu da məni sevindirir. Bütün bu amillər komandaya uyğunlaşmaqda çox kömək oldu. Hələ ki, hər şey yaxşı gedir. Düzdür, ilk vaxtlar bəzi məğlubiyyətlərimiz oldu. Amma hazırda komanda yaxşı formadadı və qələbələri sıralamağa başlamışıq.
- “Yurqorden”nin əsas məqsədi nədi, hansı hədəf uğrunda mübarizə aparır?
- Çempionatda maksimum yüksək yer tutmaq uğrunda mübarizə aparırıq. Komanda hazırda 4-cü pillədə qərarlaşıb. “Yurqorden” böyük klubdu və daim çempionluğa oynayıb. İlk pillədə qərarlaşan komanda ilə aramızda 8 xal fərqi var. Fikrimcə, bu o qədər də böyük fərq sayılmamalıdı. Çalışacağıq bacardıqca irəli gedək. Yenə təkrarlayıram, “Yurqorden” daim çempionluğa oynayıb. Bilirsiz ki, komanda ötən il Konfrans Liqasının qrupunda oynayıb və 1-ci pilləni tutub.
- Legioner həyatı yaşayan azərbaycanlı futbolçularda sanki vətən üçün darıxmaq “sindrom”u var. Sən necə, soyuq İsveçdə günəşli Azərbaycan üçün darıxmırsan?
- Açığı, soyuq və ya isti mənə fərq etmir. Düzdür, hələ ki, soyuğu görməmişəm. Orda da havalar hələ o qədər də soyumayıb. Darıxmağa gəlincə, məncə, bu, normal hissdi. Ailən, dostların, yaxınların səndən uzaqdadı. Ona görə, darıxmaq varsa, bunu normal qarşılamaq lazımdı. Nə qədər telefonla danışsan da, əlaqə saxlasan da, ailənin, dostların yanında olmaq tam fərqlidi. Düşünmürəm ki, bu duyğu ancaq azərbaycanlı futbolçulara aiddi. Legioner həyatı yaşayan bütün futbolçular bu hissi keçirir.
- Uzaq İsveçdə ən çox kim və nə üçün darıxırsan?
- Təbii ki, ailə üzlərim və yaxın dostlarım üçün. Onlarla bir yerdə olmağa alışmışam. Evə gələndə əzizlərimi evdə görməyə adət etmişəm. İstərdim ki, yanımda olsunlar. Amma bilirəm ki, bu, mənim işimin bir parçasıdı və buna peşəkar yanaşmağa çalışıram. Bilirəm ki, işimi görürəm, xəyallarımın ardınca gedirəm. Məqsədə çatmaq üçün bəzən nəyisə qurban verməli olursan. Mən də buna hazıram. Darıxsam da, bunun öhdəsindən gəlməyə çalışıram.
- “Qarabağ”ın Avropa Liqasının qrupunda rəqiblərindən biri də İsveç çempionatında çıxış edən “Hekken”di. Qurban müəllimlə bu klub barədə söhbətiniz olub, ona hansısa məlumat vermisən?
- Əlaqə saxlamışıq, bu barədə danışmışıq. Açığı, özümün də “Hekken” barədə çox məlumatım olmadığından Qurban müəllimə ətraflı, dolğun nəsə deməmişəm. “Yurqorden”ə transfer olunandan “Hekken”ə qarşı oynamamışıq. Hər halda ötən mövsümün çempionudular. İsveç çempionu isə zəif ola bilməz. Püşkdən sonra qrupdakı rəqiblərdən biri “Hekken” olunca Qurban müəllimlə dərhal danışdıq. Ona “sizi burda gözləyirəm” söylədim (gülür).
Mənbə: Sport24.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb