9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

“Olimpiya” HİK və “Rakuv”a nisbətdə daha aşağı səviyyəli komandadı”

“Qarabağ”ın avrokuboklarda mübarizəni davam etdirməsi sevindirici haldır. Komanda artıq Konfrans Liqasının qrup mərhələsini təmin edib. “Qarabağ”ın Avropa Liqasının qrupuna vəsiqə qazanmaq şansı yüksəkdir”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri milli komandamızın məşqçisi Arif Əsədov deyib.

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın səfərdə “Olimpiya”ya qarşı keçirəcəyi oyun barədə fikirlərini bölüşən təcrübəli mütəxəssis Ağdam klubunun uğur qazanacağına inandığını bildirib:

“Qarabağ”ın “Olimpiya” önündə şansı yüksəkdir. Fikrimcə, Sloveniya təmsilçisi HİK və "Rakuv"a nisbətdə daha aşağı səviyyəli komandadı. "Qarabağ" getdikcə öz oyununu tapmağa çalışır. Yeni transferlər də komandaya uyğunlaşırlar. Buna görə də Sloveniya təmsilçisini məğlub etmək üçün "Qarabağ"ın şansı böyükdür. İnanıram ki, Ağdam klubu səfərdən uğurlu nəticə ilə qayıdacaq”.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31