9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Murad Musayev cəzalandırıldı, “Sabah” və “Neftçi”yə xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi “Sabah”ın baş məşqçisi Murad Musayevi cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi” ilə oyunda Musayev oyunun bərpasını ləngitdiyi və bu səbəbdən də birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Matçın gedişində hər iki klubun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə həm “Sabah”, həm də “Neftçi”yə xəbərdarlıq edilib.

Bundan başqa, qarşılaşmanın gedişində “Sabah” 7 futbolçusu, “Neftçi” isə 5 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə hər iki klub 700 manat cərimə edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31