9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Olimpiya”nın baş məşqçisi: “Qarabağ” favoritdir”

“Qarabağ” favoritdir, büdcə baxımından onlarla müqayisə oluna bilmərik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Sloveniyanın “Olimpiya” klubunun baş məşqçisi Joao Enrike “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı danışarkən deyib.

Portuqaliyalı mütəxəssis sıx qrafikdə çıxış etdikləri üçün futbolçularda yorğunluq olduğunu etiraf edib: “Avropa Liqasında qrupa vəsiqənin son mərhələsində olmağımızdan məmnunuq. Futbolçular həyəcanlı və yeni çağırışa hazırdırlar. Artıq avrokuboklara öyrəşmişik, əvvəlki görüşlərlə müqayisədə daha yaxşı hazırlaşırıq. Xeyrimizə olmayan yeganə məqam yorğunluq və ardıcıl çox oyun keçirməyimizdir. Amma bu, daxili çempionatda və Avropa arenasında çıxış edən komandanın keçməli olduğu yoldur. Son çempionat görüşündən bəri daha yaxşı vəziyyətdəyik. Demək olar ki, bütün kollektiv hazırdır. Futbolçular “Qalatasaray”a qarşı matçdakından daha yaxşıdırlar”.

50 yaşlı məşqçi “Qarabağ” barədə müsbət fikirlər səsləndisə də, turnirdə yollarına davam etmək şanslarının az olmadığını düşünür: “Qarabağ”a baxanda çox yaxşı komanda görürəm. Onlar həm kollektiv, həm də fərdi şəkildə güclüdürlər. Lakin “Qalatasaray”a qarşı matçla müqayisədə şanslarımız artıb. Üstəlik, evdə çıxış edəcəyik. Əlbəttə, avrokubokların qrup mərhələlərində oynamaq təcrübəsinə malik komanda ilə qarşılaşacağıq. Ancaq qrupa vəsiqə qazanmaq şansımız “Qalatasaray” ilə dueldə olduğundan çoxdur”.

Joao Enrike Azərbaycan çempionunun futbolçularını yaxşı tanıdığını vurğulayıb: “Məncə, “Qarabağ” keyfiyyət baxımından “Ludoqorets”lə “Qalatasaray”ın arasındadır. Kollektiv şəkildə “Ludoqorets”dən güclüdürlər, lakin fərdi olaraq təxminən eyni səviyyədədirlər. Bəzi futbolçularını vaxtilə Portuqaliyada oynadıqları üçün tanıyıram. Düşünürəm ki, bizə çox təzyiq göstərəcəklər. Bu, güclü tərəflərindən biridir. “Qarabağ”ın müdafiə xətti də yüksək səviyyədə qurulub”.

Qeyd edək ki, avqustun 24-də “Stojitse” stadionunda keçiriləcək “Olimpiya” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31