9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Qarabağ” “Olimpiya” ilə oyundan öncə azarkeşlərə müraciət etdi

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə səfərdə keçirəcəyi ilk oyun ərəfəsində azarkeşlərə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi Lyublyanada gerçəkləşəcək qarşılaşma üçün qonaq komandaya 802 ədəd bilet ayrıldığını açıqlayıb.

Azərbaycan çempionunu “Stojitse” stadionunda dəstəkləmək istəyən fanatlar oyun günü yerli vaxtla saat 18:00-dan (Bakı vaxtı ilə saat 20:00) etibarən qarşılaşmanın keçiriləcəyi arenada S30 və S31 sektorlarının yaxınlığında biletləri ala bilərlər. Biletlərin qiyməti 25 avrodur. Satışı meydan sahibi həyata keçirir.

Qeyd edək ki, avqustun 24-də keçiriləcək “Olimpiya” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31