2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Murad Musayev: “Rəqibə şərait yaratdıq”

"Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Partizan"a uduzaraq turnirlə vidalaşmaları haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı mütəxəssis məğlubiyyəti bu cür şərh edib: "Rəqibə meydanda rahat hərəkət etmək üçün şərait yaratdıq. "Partizan" böyük qüvvə ilə irəli atılmışdı. Bu da bizə sürətli əks-hücumlar etmək üçün yaxşı imkanlar yaradırdı. Lakin bundan faydalana bilmədik. Fasilədən sonra, ikinci qolu buraxdıqdan sonra oyun sakit məcrada keçdi. Əlavə vaxtda sərgilədiyimiz oyundan razı qaldım. Sonradan meydana çıxan futbolçular hücumda yaxşı oyun sərgilədilər. Bir neçə fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Təəssüf ki, penaltilər seriyasında məğlub olduq. Avrokuboklarda keçirdiyimiz bu 4 matç bizə böyük təcrübə qazandırdı. Bu bir çox oyunçunun ilk avrokubok təcrübəsi idi. "Partizan" böyük təcrübəyə malik komandadır. Onları növbəti mərhələyə keçmələri münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31