2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Partizan"ın baş məşqçisi: "Futbolçularım meydanı "yırtdılar"

"Partizan"ın baş məşqçisi İqor Dulyay Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ı məğlub edərək pley-offa adlamaları barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Dulyay qələbəni belə şərh edib: "Fantastik ab-hava olmasaydı, buna nail ola bilməzdik. Futbolçular meydanı "yırtdılar". İnanırdım ki, biz mərhələni keçəcəyik. Bu, futbolçuların əməyidir. Oyundan əvvəl danışdığım bütün məşqçilərə, Bata Mirkoviçə, Qordan Petriçə təşəkkür edirəm... Bu, həm də sizin qələbənizdir".

Xatırladaq ki, Bakıdakı ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb. Cavab oyununda isə "Partizan" eyni hesabla qalib gəlib. Əlavə vaxtda qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Serbiya təmsilçisi "Sabah"ı penaltilər seriyasında üstələyib və mərhələ adlayıb - 5:4.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31