2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Şenol Güneş: “Arada səviyyə fərqi var”

"Keçmişdə nə etdiyimiz vacib deyil. Gələcəyə baxacağıq. İlk oyunda yaxşı çıxış etmişdik. İlk 75 dəqiqədə üstün idik, sonra nəzarəti rəqibə verdik. Bu dəfə də oyuna yaxşı başladıq. Amma hücumda çox təsirli olmadıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"yə qalib gəldikləri cavab oyunundan (2:1, ilk matç - 3:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis "Neftçi" ilə "Beşiktaş" arasında səviyyə fərqinin olduğunu deyib: "Daha çox qol şansı qazana bilərdik. “Neftçi”nin hücumunda isə qol buraxdıq. İkinci hissədə oyun və hesab baxımından üstünlük bizdə idi. Sonda qalib gəldik. Azarkeşlərin dəstəyi, futbolçuların isə istəyi önəmlidir. “Neftçi”nin orta sahə və hücum xətti icazə verildiyi zaman yaxşı oynayır, texnikalı futbolçulardır. Bu gün üstün olmağımızı normal qarşılayıram. Çünki arada səviyyə fərqi var".

Ş.Güneş “Neftçi”nin heyətindəki bəzi oyunçuları fərqləndirib: “Filip Ozobiç yaxşı futbolçudur. Bu gün gözləniləndən zəif oynadı. Kilan Lebon texnikalı futbolçudur. Kenni Sayef də yaxşıdır. Emin Mahmudov uzun müddətdir Azərbaycan yığmasında çıxış edir, çox səviyyəli futbolçudur. Bildiyim qədərilə Azərbaycanda futbolçular az pul alırlar. Bizə gəlsələr, çox pul istəyərlər. Pulsuz gələni də biz almırıq”.

Təcrübəli mütəxəssis onu da qeyd edib ki, Azərbaycan klubları əcnəbi transferlərə daha çox üstünlük verir: “Qarabağ”, “Sabah” və “Neftçi” iddialı komandalardır. Azərbaycanda istedadlı futbolçular var, izlədiyim zaman görürəm. Komanda daxilində uyğunlaşma yaxşı olarsa, daha uğurlu nəticələr əldə edərlər. Azərbaycanda klublar çox transferlər edirlər. Son vaxtlar “Neftçi” daha çox oyunçu alır. Azərbaycan təmsilçiləri, xüsusən də, əcnəbilərə üstünlük verirlər. Bu, Azərbaycan millisinin zəifləməsinə səbəb ola bilər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31