2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Adrian Mutu: “Göstərdik ki, İstanbula turist kimi yox, futbol oynamağa gəlmişik”

“Düşünürəm ki, hesabı nəzərə almasaq, 55 dəqiqədə komandam yaxşı mübarizə apardı. Konfrans Liqasından kənarda qaldıq. Buna baxmayaraq, rənglərimiz uğrunda mübarizə apardıq. Qarşılaşmanın gedişatı da göstərdi ki, meydana qələbə üçün çıxmışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Beşiktaş”dan alınan 1:2 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Rumın mütəxəssis “Beşiktaş”a qarşı 4 hissədən yalnız birini qazandıqlarını bildirib: “İstəyirik ki, xarakterli komanda yaradaq. Hətta şanslarımız az olsa belə, mübarizə aparmalıyıq. Əgər klubunu və təmsil etdiyin rənglərə hörmətlə yanaşırsansa, deməli, sona qədər mübarizə aparmalısan. İki oyuna baxsaq, dörd hissədən ibarət oldu. Bir hissəni qazanmış olduq”.

Mutu bildirib ki, komandası oyunu ilə İstanbula turist kimi gəlmədiyini sübut edib: “Bizdə Qara Qarayev var. Eddi İsrafilov və Ömər Buludov da zədəlidir. Həqiqətə baxsaq, bu gün əlimizdə olan silahlarla sona qədər mübarizə apardıq. Çalışdıq ki, enerjimizi səmərəli istifadə edək. "Beşiktaş"da əvəzetmədə 12, bizdə 5 oyunçu var idi. Oyunçu sayı az olsa da, biz göstərdik ki, bura turist kimi yox, futbol oynamağa gəlmişik”.

O, bundan sonra tamamilə ölkə çempionatına diqqət ayıracaqlarını vurğulayıb: “Bu period ərzində oyunçular çox enerji itirdilər. Fürsətdən istifadə edərək istirahətimizə də vaxt ayıracağıq. Millilərə görə fasilə yaranacaq, mini toplanış keçəcəyik. Bununla da, tamamilə çempionata köklənəcəyik”.

O, avrokuboklarda 4 görüşdə cəmi 1 qələbə qazanmalarına görə məsuliyyəti üzərinə götürüb: “Bu nəticəyə görə təzyiq komandanın yox, mənim üzərimdə olmalıdır. Çünki yaxşı toplanış keçməməkləri futbolçuların günahı deyil. Sadəcə onlar sakitləşməli və istədiklərimə inanmalıdırlar. Yaxşı hazırlaşacağıq. Sonra daha fərqli komanda görəcəksiz”.

“Neftçi”nin çalışdırıcısı komandasının 1 saatın tamamında fiziki cəhətdən axsadığını etiraf edib: “Mən realistəm. Bilirəm ki, komanda yorğunluğa doğru gedirdi. Komandadan xoşum gəldi, çünki xarakter göstərdilər. Hesabda geridönüş etmək istəyirdilər. 60 dəqiqədən sonra fiziki cəhətdən aşağı düşdülər. Bu da normaldır. Çoxlu səfərlər, yorğunçuluq oldu. Amma görəcəksiz ki, daha yaxşı olacaq”.

Azad NURİYEV, İstanbul




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31