2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Qurban Qurbanov: “Böyük gərginlik olsa da, vacib qələbə qazandıq”

“Futbolçularımı təbrik edirəm. Çox böyük gərginlik olsa da, vacib qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK üzərində səfərdə qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, Finlandiya təmsilçisinin erkən qolu komandasında müəyyən qədər ruh düşkünlüyü yaradıb:  

“Oyuna çox yaxşı başlamışdıq. Lakin qapımızda erkən qol görməyimiz bir qədər futbolçularda ruh düşkünlüyü yaratdı. Sonradan oyunu ələ almağı bacardıq. Düşünürəm ki, yaxşı bir qalibiyyət oldu”.

Q.Qurbanov rəqibin azlıqda qalmasına baxmayaraq, sona kimi mübarizə apardığını vurğulayıb:

“Daha əvvəl də dediyim kimi, intizamlı komandaya qarşı oynadıq. Baxmayaraq ki, HİK bu gün azlıqda qaldı, bununla belə, yenə də məğlub olmaq istəmirdilər, sona kimi döyüşdülər, mübarizə apardılar. Bizə istədiyimiz oyunu tam sərgiləməyə imkan vermədilər. Yekunda vacib bir qalibiyyət əldə etdik. Artıq qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31