2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Neftçi” və “Beşiktaş” arasında əməkdaşlıq protokolu imzalanıb

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Beşiktaş” - “Neftçi” oyunu ərəfəsində İstanbul təmsilçisinin təşkilatçılığı ilə rəsmi yemək olub.

Futbolxeber.az saytının məlumatına görə, rəsmi yeməkdən sonra “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov və “Beşiktaş”ın ikinci prezidenti Engin Baltacı bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Daha sonra iki klub arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb. Razılaşmaya əsasən, “Neftçi” və “Beşiktaş” arasında gələcəkdə əsas komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi, akademiya məşqçiləri və futbolçuları arasında təcrübə mübadilələrinin aparılması, həmçinin media, marketinq və digər sahələrdə bir-biri ilə qarşılıqlı əməkdaşlıq edəcək, təcrübələrini bölüşəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31