2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

II Liqa klublarının rəhbərləri ilə görüş keçirilib

Bu gün AFFA-nın inzibati binasında II Liqa klublarının rəhbərləri ilə görüş keçirilib.
 
Futbolxəbər.az saytının məlumatına görə, klub rəsmiləri ilə müzakirələrdə PFL-in idarə heyəti - prezident Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev iştirak edib. Əvvəlcə AFFA İcraiyyə Komitəsinin son qərarı ilə II Liqada oynamaq hüququ verilən “Dinamo” (Bakı) və “Şahdağ Qusar” komandaları rəsmilərinin simasında iştirakçılara təqdim olunub.
 
Gündəlikdə bir sıra məsələlərə toxunulub. Bura əsasən idman prinsipləri, liqada oynayacaq peşəkar və həvəskar statuslu futbolçular haqda məlumatlar, transfer qaydaları, qeydiyyat, sifariş qaydaları, infrasturktur məsələləri və stadionların yekun təftişi ilə bağlı müzakirələr daxil olub. Bununla yanaşı region liqası, aşağı yaş qrupları və II Liqa klublarında çıxış edən futbolçularla bağlı idman prinsiplərinin qorunmasının önəmi diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, 2023-2024 mövsümündə “Adidas” şirkəti ilə imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən son texnologiyalara uyğun olaraq  hazırlanmış “Adidas Tiro” toplarından istifadə olunacaq. Peşəkar Futbol Liqası II Liqa klublarının maddi durumunu nəzərə alaraq, hər kluba 20 ədəd top hədiyyə edib. Ardından klub rəsmilərini maraqlandıran suallar cavablandırılıb.
 
Görüşün ikinci hissəsində AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, maliyyə meyarları üzrə baş ekspert Bəhram Dadaşov iştirak edib. Onlar lisenziyalaşdırma qaydaları, ayrılacaq maliyyə yardımı haqqında məlumat veriblər. Ümumilikdə 4 saatdan çox davam edən görüş səmərəli müzakirələrlə yadda qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31