2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Səbail”in diqqətinə: AFFA və hakimləri tənqid etmək olmaz - REPLİKA

VƏ YA ELMİR XANKİŞİYEVƏ BAXANDA MƏN CANIMI YAXŞI QURTARMIŞAM

Jurnalistlər arasında keçirilən sonuncu “Media kuboku” “məşqçi karyeram”da antirekordla yadda qaldı. Belə ki, turnirdəki ilk oyunumuzun artıq üçüncü dəqiqəsində hakim qırmızı vərəqə göstərərək məni meydandan uzaqlaşdırdı. Əslində, hələ klubda çalışarkən, eləcə də sonrakı illərdə media turnirlərində qırmızı vərəqə almağa adətkar olmuşam. Sadəcə budəfəki “qırmızı”nın vaxtı çox tez oldu. Bu günə kimi də düşünürəm ki, həmin gün hakimin qərarı haqsız idi. Həvəskar turnirdə məşqçiyə su butulkasını yerə çırpdığına görə qırmızı vərəqə, üstəlik, 1 oyunluq da cəza verərlər?

Bu gün AFFA İntizam Komitəsinin qərarlarını oxuduqdan sonra fikrim dəyişdi. “Neftçi” ilə oyunda “Səbail”in köməkçi məşqçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyunluq cəzalanıb, klub 3500 manat cərimə edilib. Elmir Xankişiyevə baxanda mən canımı yaxşı qurtarmışam. 1 oyun hara, 4 oyun, üstəgəl, 3500 manat cərimə.

Ümumilikdə isə AFFA bu gün “Səbail”i 5700 manat cərimələyib. Paytaxt klubu 3500 manatdan əlavə, 700 manat 5 futbolçusunun sarı vərəqə ilə cəzalanmasına, 1500 manat isə ikinci hissədə meydana gec çıxdığına görə cəzalanıb. Həqiqətənmi hakimlər komandaların meydana çıxmağını saatla ölçürlər? Bəlkə də ölçürlər, amma bu, elə bir məsələdir ki, məncə, istənilən oyunda istənilən klubu bu cür cəzalandırmaq olar. Belədə ortaya sual çıxır: niyə məhz “Səbail”? AFFA İntizam Komitəsi nə üçün paytaxt klubuna qarşı bu cür sərt mövqə sərgiləyir?

Burda ağıla gələn yeganə variant “Səbail”in iki turdur hakimlərdən narazılıq etməsidi. Klubun baş məşqçisi Şahin Diniyev hər iki oyundan sonra hakimlərin qərarlarına etirazını bildirib. Görünür, “Səbail”in bu cür mövqe sərgiləməsi AFFA-da kimlərinsə xoşuna gəlmir. Və “Səbail”i məhz bu cür cərimələrlə susdurmağa çalışırlar...

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31