2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Sabah" da Konfrans Liqasıyla vidalaşdı

UEFA Avropa Konfrans Liqasında mübarizəni davam etdirən təmsilçilərimiz bu gün turnirin üçüncü təsnifat mərhələsində cavab oyunlarını keçirir.
 
Fubolxeber.az saytının məlumatına görə, “Sabah” Serbiyada "Partizan”ın qonağı olub. "Partizan" stadionunda keçirilən görüşün əsas vaxtı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu komandalar arasında ilk matç "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ona görə də cütün qalibinin müəyyənləşməsi üçün görüşdə əlavə vaxta ehtiyac olub. Lakin bu müddət ərzində komandalar fərqlənə bilməyiblər.
 
Matç penaltilər seriyası ilə davam edib. Burada "Partizan" daha dəqiq davranıb - 5:4. Beləliklə, "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb. 
 
UEFA Konfrans Liqası
 
III təsnifat mərhələsi
 
17 avqust
 
“Partizan” (Serbiya) - “Sabah” (Azərbaycan) - 2:0 (pen - 5:4)
 
Qollar:  Mateus Saldanya, 30 (1:0), Bibras Natxo, 58 (2:0)
 
İlk oyun - 0:2
 
Baş hakim: Bartoş Frankovski (Polşa)
 
Belqrad, "Stadion Partizana"
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31