2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Mutudan “Beşiktaş”a mesaj: “Bilin ki, itirəcəyimiz bir şey yoxdur”

"Beşiktaş"a rəqib olanda, hamı bizi siyahıdan silmişdi. Lakin futbolda hər şey mümkündür. Baxmayaraq ki, ilk oyunda uduzub, bura məğlubiyyətlə gəlmişik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Beşiktaş”la oyunöncəsi mətbuat konfransında deyib.

Rumın mütəxəssis sabah UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “İki qol fərqini aradan qaldırmalıyıq, bunu başa düşürük. Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizə hörmət göstərək, geyindiyimiz rənglərə hörmətlə yanaşaq. Normalda bu cür komandalarla Çempionlar Liqasında qarşılaşırsan, Konfrans Liqasında yox”.

O, sabah “Beşiktaş”la cavab matçında ilk görüşlə müqayisədə heyətdə ciddi dəyişikliklər olmayacağını söyləyib: “Aşağı-yuxarı eyni heyətdir, zədəliləri çıxmaq şərtilə. Heyətimiz kasaddır. Yeni transferlər də gözlənilir. lbəttə ki, son oyunların ritminə fikir versək, bizə heç də üstünlük vermir. Normalda həm avrokuboklarda, həm də yerli çempionatda yaxşı çıxış etmək üçün daha geniş heyətə ehtiyac var. Çalışırıq ki, düşdüyümüz vəziyyətə uyğunlaşaq və bu vəziyyətdən yaxşı formada çıxa bilək. Biz burdayıqsa, demək, hər oyuna qələbə üçün gəlmişik”.

Mutu qrafikin sıx olduğunu qeyd edib: “Səbail”lə oyundan sonra bir gün vaxtımız oldu ki, bərpa məşqi edək. Ondan sonra ilk dəfədir ki, bu gün meydanda məşqə çıxacağıq. Bakıya geri dönüşümüz beşinci günə planlaşdırılır. Gəldiyimiz gün bərpa məşqi edib, sonra "Sabah"la oyuna hazırlaşacağıq. Həmin matçın vaxtı dəyişdirilməsə, eyni vəziyyət olacaq”.

O, sabah meydanda Bakıdakı matçın ikinci hissəsindəki “Neftçi”ni görmək istədiyini bildirib. Çalışacağıq ki, sabah öz üslubumuzda olan futbol oynayaq. İstədiyimiz üslubu mükəmməlləşdirmək istəyiriksə, rəqibdən asılı olmayaraq, eyni üslubda davam etməliyik”.

“Neftçi”nin çalışdırıcısı futbolçu vaxtı 2 oyunluq mübarizədə ilk matçdan sonra bu cür çətin vəziyyətlə üzləşdiyini bildirib: “Bəli, bu cür hallarla rastlaşmışam. Belə matçlarda hər qol vacibdir. Birinci oyundakı səhvləri ikinci matçda düzəltməyə çalışırsan. Rahatlaşmaq olmaz. Düşünürəm ki, istədiyimiz oyunu göstərə biləcəyik”.

Mutu sonda rəqibə mesaj da göndərib: “Biz ikinci hissə "Beşiktaş"a göstərdik ki, futbol oynaya bilirik. Onlar da bilməlidir ki, itirəcəyimiz bir şey yoxdur. Bundan da diqqətli olmalıdır”.

Azad NURİYEV, İstanbul

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31