2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Partizan"ın baş məşqçisi: "Sabah"dan qorxmuruq, amma..."

"Qorxduğumuz üçün yox, arxayınlaşmamaq üçün ehtiyatlı olmalıyıq. Futbolçularımız necə böyük klubda oynadıqlarını bilirlər".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Partizan"ın baş məşqçisi İqor Dulyay Serbiyada "Sabah"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
 
44 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin çempionatdakı matçının təxirə salındığını xatırladıb: "Biz bunu etmədik, görüşlərə belə hazırlaşırıq. Bu bəhanə də deyil. İlk oyun kabus idi. Amma bütün məsuliyyət mənim üzərimdədir. Futbolçularım haqqında heç vaxt məndən pis söz eşitməyəcəksiniz. Onlara inanıram. Sabah azarkeşlərin dəstəyi olduqca vacibdir. Geridönüş edəcəyimizə ümid edirik. Komanda üzərində təzyiq var və 0:2 hesabından sonra əlavə təzyiqə ehtiyac belə yoxdur. Rəqibin qapalı oynayacağını düşünmürəm. "Sabah"ın əla baş məşqçisi və yaxşı oyunçuları var. Bizi də yaxşı təhlil etmişdilər".
 
Qeyd edək ki, avqustun 17-də oynanılacaq görüş Bakı vaxıt ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda "Sabah" 2:0 hesabı ilə qələbə qazanıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31