2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Qurban Qurbanov: “Yolda olan yox, amma danışıq apardığımız futbolçular var”

“HİK-lə oyuna yaxşı hazırlaşmamışıq. Düzdür, çempionat oyunundan sonra komanda şəklində cəmi 2 gün məşq edə bildik. İnşallah Bakıya yaxşı oyun və yaxşı nəticə ilə dönmək istəyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Finlandiya səfəri öncəsi hava limanında jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis “Sabah”dan fərqli olaraq, “Neftçi” kimi “Qarabağ”ın da çempionat oyununun təxirə salınmamasına belə münasibət bildirib: “Belə bir məsələ var idi. Məncə, federasiya tərəfindən oyunun təxirə salınması üçün heç bir problem olmazdı. Hətta danışıq da olmuşdu. Sadəcə biz bunu istəmədik. Bəlkə də gələcəkdə belə hal olanda matçın təxirə düşməsini istəyəcəyik. Lakin indiki halda digər futbolçularımın da oynamasını çox istəyirdim, bu, oyun praktikası baxımınan çox vacib idi. Bəzən sonradan meydana çıxanda az oynayan futbolçular müəyyən problemlərlə üzləşirlər. Ona görə də “Turan Tovuz”la qarşılaşmanı təxirə salmadıq”.

Qurbanov komandasının yeni transferlərindən olan Juninyonun çıxışını da dəyərləndirib: “Komandaya, Bakıya adaptasiya olur. Lakin hələ çatışmayan cəhətlər çoxdu. Fiziki forması ideal səviyyədə deyil. İnanıram ki, zaman keçdikcə “Qarabağ” üçün daha faydalı futbolçu ola biləcək”.

“Qarabağ”ın çalışdırıcısı HİK-lə səfər matçının süni ot örtüklü meydançada keçirilməsinə də toxunub: “Süni ot örtüyündə məşq etmədik. Bilirsiz ki, bu cr meydançalar futbolçu bir qədər çox yorur. Ona görə də beə bir riskə getmədik. Bu gün həmin meydançada məşq edirik. İnşallah şəraitə uyğunlaşacağıq. Çünki başqa yolumuz yoxdu”.

Qurban Qurbanov HİK-i mübarizədən kənarlaşdıracaqları halda pley-off mərhələsində üz-üzə gələcəkləri Sloveniya “Olimpiyası”nın çıxışını hələ izləmədiyini söyləyib: “Xeyr, dünən  “Olimpiya”nın “Qalatasaray”la görüşünü izləməmişəm. Hazırda yalnız öz oyunumuzu düşünürük”.

Mütəxəssis Polşa çempionu “Rakov”un “Qarabağ”ın ardınca Kipr “Aris”ini də mübarizədən kənarlaşdırmasına təəccüblənmədiyini qeyd edib: “Rakov”un pley-offa yüksəlməsi məni təəccübləndirmədi. Daha əvvəl də demişdim ki, Polşa çempionu çox yaxşı komandadı. Məncə, onlar bu nəticəyə layiq idilər. Çox istəkli kollektivdilər. Mən Polşa klublarına həmişə hörmətlə yanaşmışam. Onlarda Avropanın əksər ölkələrində olmayan intizam var”.

O, “Rakuv” uğursuzluğundan sonra komanda üzərində yaranan təzyiqin artıq nisbətən azaldığını vurğulayıb: “Bəli, müəyyən ölçüdə təzyiq üzərimizdən qalxıb. Amma hər bir halda həyəcan var. Bizim həyəcan keçirmədiyimiz matçlar olmur. Qarşılaşmadan əvvəl az da olsa pis tərəfini də düşünürsən ki, görəsən, necə olacaq. Həyəcan hardasa məsuliyyətdi həm də”.

Sonda isə Q.Qurbanov yeni transferlərin gəlişi ilə bağlı sualı cavablandırıb: “Yolda olan yox, amma danışıq apardığımız futbolçular var”.   

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31