2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Neftçi”nin növbəti transfer hədəfi - Rumıniya millisinin hücumçusu

“Neftçi” Rumıniya millisinin futbolçusu Denis Alibeçi transfer etmək istəyir.
 
Futbolxeber.az-ın “gsp.ro” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan klubu bununla bağlı 32 yaşlı hücumçuya təklif göndərib.
 
“Ağ-qaralar”ın Alibeçə aylıq 50 min avro maaş təklif etdiyi bildirilir. Lakin onun Azərbaycana köçmək ehtimalı o qədər də yüksək qiymətləndirilmir. Çünki Qətər klubu “Əl-Muaydar” Alibeçə 8 aylıq müqavilə qarşılığında 800 min avro ödəməyə hazırdır.
 
Futbolçu özü açıqlamasında hələ seçim etmədiyini bildirib. Ancaq o, “Farul”dan ayrılacağını istisna etməyib: “Farul”dan ayrılmaq çətindir. Ancaq həll etməli olduğum başqa seçimlər var. Transfer hələ dəqiq deyil. Qətərdə isə qaydalarla bağlı bir az sərbəstlik var”.
 
Qeyd edək ki, Denis Alibeçin “Farul”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31