2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Yurqorden"in baş məşqçisindən Azərbaycan çempionatı barədə mənfi fikir

“Musa Qurbanlının gəldiyi Azərbaycan çempionatı kifayət qədər yaxşı deyil”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Lagerlöf deyib.
 
52 yaşlı mütəxəssis Musa Qurbanlının hələ istənilən formada olmamasını Azərbaycan Premyer Liqasının səviyyəsi ilə əlaqələndirib: “Musanın hələ ümumi komanda ilə temp fərqi var. Sabiq komandası “Qarabağ” çox güclüdür, amma liqalarındakı digər iştirakçılar o qədər yaxşı deyillər. Ona görə də, hazırda yüksək tempdə oynamaqda çətinlik çəkir. Uyğunlaşmaq üçün bir az zamana ehtiyacı var”.
 
Baş məşqçi Azərbaycan millisinin hücumçusuna getdikcə daha çox şans veriləcəyini söyləyib: “Musa kifayət qədər şans əldə edir, avrokuboklarda “Lütsern”lə ev matçında da ilk dəqiqələrdən meydanda oldu. Ümid edirəm ki, məşqlərdə öz üzərində çalışmaqda davam edəcək. Biz onu növbəti oyunlarda daha çox görə biləcəyik”.
 
Qeyd edək ki, Musa Qurbanlı yay fasiləsində “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31