2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Şahin Diniyev: "Kənardan baxırdım, penalti yox idi"

"Çox gərgin oyun oldu. Hər iki komanda qalib gələ də, məğlub ola da bilərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Neftçi" ilə bu gün səfərdə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib. "Komandada 7-8 oyunçu, ilk dəfədir bir yerdə oynayır. Futbolçuların uyğunlaşması üçün 5-6 matç vacibdir. Taktiki cəhətdən ağıllı oynamağa və ötən turdakı səhvləri etməməyə çalışdıq. Bir neçə qol vəziyyətindən istifadə etsəydik, yaxşı olardı. Hesab oyuna görə oldu. Asan qollar buraxırıq. İki oyundur ki, qapımıza penalti verilir. Kənardan baxırdım, penalti yox idi. Sayef açıq ayaqla topa getmişdi. Taleyimizdir. Keçən ildən qəbul etmişəm. Belə də gedirik. Yenə də müdafiəçi cərimə medyançasında sadə oynamalıdır. "Neftçi" qol vəziyyəti yarada bilmirdi. Komandama təşəkkür edirəm, dözdülər. Bir xal da xaldır. Bizim üçün başlanğıcdır. İrəli getməyə çalışacağıq".

Ş.Diniyev hakim idarəçiliyi ilə bağlı şikayət etməyin mənasız olduğunu bildirib: "Nəyi dəyişəcək? Kimsə cərimə oluna bilər. Amma ötən matçda da belə oldu. Hakimlər səhv edə bilər. Burada simpatiya məsələsi var. Sayef cəriməni birinci etmişdi, açıq ayaqla getmişdi. Əks tərəfdə olsaydı, fərqli qərar veriləcəkdi".

Baş məşqçi oyun zamanı "Səbail"in texniki zonasından "Neftçi"nin futbolçusu Qara Qarayevə tərəf su atılmasından da danışıb: "Emosiyalarla dolu epizod idi. Ona qədər başqa epizodlar da olmuşdu. Bizdən kimsə yerə atdı suyu, sürüşərək ora getdi. Qaraya qarşı yox, yaranan epizoda görə elə idi. Yəni "Neftçi"nin oyunçularına qarşı deyildi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31