2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Qətərin “Aspire” İdman Akademiyası Qəbələdə toplanışda

Qətərin “Aspire” İdman Akademiyası Qəbələdə təlim-məşq toplanışındadır.
 
Futbolxeber.az saytının "Qəbələ"nin feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, avqustun 4-də başlayan hazırlıq prosesi ayın 23-dək davam edəcək. 230 nəfərdən ibarət nümayəndə heyətində 2006-2011-ci il təvəllüdlü futbolçular da yer alıb. Asiyalıların toplanışı yoxlama oyunları ilə yekunlaşacaq.
 
“Aspire” ilə təkcə “Qəbələ” deyil, ölkəmizin digər klublarının aşağı yaş qrupları üzrə komandalar da qarşılaşacaq. Bu matçların təqvimi yaxın müddətdə dəqiqləşəcək.
 
“Aspire” Asiyanın ən yaxşı idman akademiyalarından biri hesab olunur. Bu akademiya Qətər yığmalarının bazası sayılır. “Qəbələ” və “Aspire” arasında münasibətlərin əsası 2016-cı ildə qoyulub. Həmin vaxt “qırmızı-qaralar”ın üç yaş qrupu üzrə komandası turnirə dəvət olunub.
 
Xatırladaq ki, əsası 2004-cü ildə qoyulan “Aspire” İdman Akademiyasında müxtəlif növlər üzrə bölmələr fəaliyyət göstərir. Burada əsas üstünlük futbol və atletikaya verilib.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31