2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

İsmail Azzaui: “Bu qolu vurmaq özüm üçün də əhəmiyyətli idi”

Azərbaycan Premyer Liqasında ilk qələbəsini “Qəbələ” ilə matçda qazanan “Araz-Naxçıvan”ın heyətində fərqlənməklə klubun tarixinə düşən İsmail Azzaui arazpfk.com-a açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, addım-addım irəlilədiklərini bildirib:

“Çətin oyun oldu. Qələbə qazansaq da, ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm. İlk matçda “Turan Tovuz”la qarşılaşdıq. Müqayisə etsək, həmin dueldə də yaxşı çıxış etdik, sadəcə, epizodları düzgün dəyərləndirə bilmədik və yenildik. Həmin qarşılaşmadakı səhvlərimizdən nəticə çıxardıq və “Qəbələ”yə qarşı onları təkrarlamadıq. Vacib məqam epizodları məntiqi sonluğa çatdırmağı bacarmağımızdır. Komanda addım-addım irəliləyir. Kollektivimiz yeni yığışıb. Təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmədən çempionata başladıq. Həmin vaxt görməli olduğumuz səhvləri, çatışmazlıqları rəsmi oyunlarda görürük. Çətinliklərimiz var, ağır məşqlərlə bunu yoluna qoymağa çalışırıq”.

İsmail Azzaui fərqlənməsi barədə də danışıb: “Cari mövsümdə komandamın ilk qolunu vurdum. Buna görə xoşbəxtəm. Bu qolu vurmaq özüm üçün də əhəmiyyətli idi. Çünki yeni ölkəyə, liqaya gəlmişəm. Adaptasiya baxımından vacibdir. Ən əsası, komandamın qələbə qazanması üçün üzərimə düşən işi gördüm. Ümid edirəm ki, bu qolun ardı gələcək”.

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi növbəti turda qarşılaşacaqları “Qarabağ”dan da söz açıb: “Növbəti oyunda qarşılaşacağımız “Qarabağ” haqda çox eşitmişəm. Çempionatın ən güclü komandalarından biridir. Xüsusilə də avrokuboklardakı çıxışı ilə fərqlənir. Qarşıda 1 həftə vaxtımız var. Yaxşı hazırlaşacağıq, baş məşqçinin nə istədiyini, bizim meydanda nə edəcəyimizi öyrənəcəyik. Maraqlı oyun olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31