2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Qurban Qurbanov: “Biz də PFL-ə müraciət etsəydik, yox deməzdilər”

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib oyun oldu. Bundan daha vacibi az oynayan futbolçuların idman formasını yaxşılaşdırmaq idi. Layiqincə yerinə yetirdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda bu gün "Turan Tovuz"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 3:0 hesablı qələbəni belə şərh edib: "Rotasiyalar olsa da, komandada dinamika və sürət yaxşı görünürdü. Qarşıdakı günlərdə, oyunlarda idman formalarını geri qaytaracaqlar. "Turan Tovuz"un özünəməxsus oyun dəst-xətti var, başqa sistemdə oynayırlar və bunu da yaxşı icra edirlər, uduzmağı xoşlamırlar, sona qədər mübarizə aparırlar. İlk hissədə top itkilərimiz çox idi. Amma ikinci hissə daha yaxşı oldu".

Q.Qurbanov "Turan Tovuz"la oyunun təxirə salınması ilə bağlı PFL-ə müraciət etmədiklərini söyləyib: "Hava isti idi, futbolçular əziyyət çəkdi. Bəlkə biz də PFL-ə müraciət etsəydik, yox deməzdilər. Sadəcə digər oyunun təxirə salındığı iki günün içərisində bilindi. Ola bilər ki, heç birimizin ağlına gəlmədi, bu barədə düşünmədik. Məncə, müraciət etsəydik, yox deməzdilər. Xeyirlisi".

Təcrübəli mütəxəssis  Avropa Liqasındakı rəqibləri Fİnlandiya HİK-i ilə qarşıdakı oyunla bağlı da danışıb: "Hələ ki, çox açıqlama verməyim düzgün olmaz. Bir komanda haqda ancaq pozitiv fikirlərim olur. HİK yaxşı komandadır. Həmişə demişəm ki, bir komandanın, məşqçinin öz oyun sistemi varsa, bunu yaxşı yerinə yetirirlərsə, deməli, onlar stabildir. Finlandiya klubu da onların içərisindədir. Onlar öz oyun sistemlərini yaxşı icra edirlər, illərdir bunu qoruyub-saxlayırlar, futbolçular bir-birilərini yaxşı tamamlayırlar. HİK-i Bakıdakı oyunda daha yaxından tanıdıq. Bizi xeyli yordular. Bakıdakı matçda bəzi çatışmazlıqlarımız var idi. Çalışacağıq ki, səfərdəki oyunda bunları aradan qaldırıb, oyunun gedişatında daha diqqətli, daha aktiv olaq. Böyük ehtimalla HİK-ə qarşı Finlandiyada daha çox güc sərf etməliyik. Çünki bu komanda çempionatın ortasındadır. İdman formaları yerindədir. Maksimum hücumda oynamağa çalışacağıq. Yaxşı hazırlaşacağıq. Ola bilsin ki, rəqib sürpriz etsin, riskə getsin. Maraqlı görüş olacaq".

Qurbanov HİK-lə cavab görüşünün süni örtüklü meydanda keçiriləcəyinə də toxunub: "Təbii örtüklü meydanda oynamaq bizim üçün daha rahat, daha asan, daha maraqlıdır. Başqa sürət olur, futbolçular daha güvənli oynayırlar. Hansısa problemlərimiz olacaq, amma o barədə düşünmürük. Azərbaycanda da belə meydançalarda oynamışıq. Hər halda, təbii örtüklü meydanda oynasaq daha yaxşı idi. Futbolçularımız süni örtüklü meydanda daha diqqətli olmalıdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31