2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Elmar Baxşıyev: “İnanıram ki, komanda toparlanacaq”

“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Araz-Naxçıvan” Premyer Liqaya yeni gəlsə də, ilk tur bu komandaya qarşı tam məsuliyyətlə və hörmətlə yanaşmağın lazım olduğunu göstərdi. Əfsuslar olsun ki, iki oyundur istədiyimiz nəticəni əldə edə bilmirik. Çətin olacağını görürdük, amma bu qədərini təxmin etmirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Heyət yeni qurulsa da, toplanışda fərqli komanda idik. Sonrakı görüşlərdə dinamika azalıb və istədiyim tempi görmürəm. İnanıram ki, komanda toparlanacaq və daha yaxşı olmağa cəhd edəcəyik. “Sabah”la görüşü yorğunluqla əlaqələndirmək olardı. Amma bu dəfə heç bir yorğunluq olmamalı idi. Konfrans Liqasında hər hissədə 5-6 qol epizodu yaradırdıqsa, son iki matçda bu rəqəm sıfırdır. Heyətimizdə potensiallı futbolçular var. Komanda şəklində çox oynayırıq”, - deyə o bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31