2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Azər Bağırov: “İşimiz çox çətindir”

“Hava şəraitinə görə oyun çətin keçdi. Çatışmazlıqlar var. Amma eyni zamanda, indiki mərhələdə bizim üçün çox vacib olan üç xal qazandıq. İşimiz çox çətindir. Çünki biz yeni komandayıq və yeni legionerlər var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Komandanı motivasiya etməyə çalışırıq. Legionerlər adaptasiya olmalıdır. Hər futbolçunun meydanda öz funksiyası var. Onların hər birinin bütün zonalarda oynamasını istəyirik. Bizim üçün psixoloji amil çox vacibdir", - deyə o bildirib.

A.Bağırov söyləyib ki, qarşıda “Qarabağ”la oyunları var: "Bu gün çempionatda "Qarabağ"la oynamaq hər komanda üçün dərsdir. Amma biz hələ formalaşma mərhələsindəyik. Bizim hələ həyata keçirməyə çalışdığımız öz oyunumuz yoxdur. Bütün bunlar vaxt aparacaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31