2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Qarabağ" - Avroliqanın ən intizamlı komandası

UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra komandaların göstəriciləri açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, "Qarabağ" ən intizamlılıq baxımında tərtib edilən siyahıda ilk pillədə yer alıb.

Ağdam təmsilçisinin futbolçuları ötən gün Bakıda Finlandiya HİK-i ilə görüşdə (2:1) cəmi 4 dəfə qayda pozuntusuna yol veriblər. Bu epizodlarda "Qarabağ" oyunçuları sarı və ya qırmızı vərəqə ilə cəzalandırılmayıblar.

Ən intizamsız komanda isə Yunanıstan "Olimpiakos"udur. Onlar "Genk"lə oyunda (1:0 ) 14 dəfə qayda pozuntusu ediblər, 3 dəfə sarı vərəqə ilə cəzalanıblar.

"Qarabağ" həm də ən çox künc zərbəsi qazanan (9 künc zərbəsi) komandadır. Marko Yankoviç isə ən çox künc zərbəsi yerinə yetirən futbolçudur - 7.

Qeyd edək ki, "Qarabağ" və HİK arasında cavab matçı avqustun 17-də Finlandiyada keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31