2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Patrik Andrade: “Partizan”ın uduzması olduqca yaxşıdır”

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Futbolxeber.az saytına müsahibə verib.

- HİK üzərində qazanılan 2:1 hesablı qələbə barədə nə deyə bilərsiz?

- Qələbə qazanmağımız çox vacib idi. Bunun üçün döyüşdük. Komanda şəklində bu həftə yalnız bu matç barədə düşünürdük. Qələbə qazandığımız üçün xoşbəxtəm. Növbəti oyunda da qalib gəlməyə çalışacağıq.

- İsti Bakıdan fərqli olaraq Finlandiyada, cavab matçında sizi tam fərqli hava şəraiti gözləyir. Fərqli iqlimdə çıxış etmək oyununuza nə dərəcədə təsir göstərəcək?

- Öz adımdan deyə bilərəm ki, hava şəraitindən asılı olmayaraq hər oyunda komanda faydalı olmaq, qol vurmaq üçün çalışıram. Bunun üçün əlimdən gələni edirəm. Əlbəttə, qol vuracağımı demək də asan deyil. Oradakı matç tam fərqli olacaq. Hər şeyi Finlandiyadakı oyunda müəyyənləşdirəcəyik. Əlimə düşən imkanlardan daha yaxşı istifadə etməyə çalışacağam.

- Qurban Qurbanov sizi daha çox sonradan oyuna daxil edir. Bunun əsas səbəbi nədir? Nə vaxt sizi əsas heyətdə görəcəyik?

- Belə deməzdim. Əslində Komanda olaraq yaxşı atmosferdə çalışırıq. Addım-addım daha da yaxşı olacağıq. Bu, növbəti oyunlarda qələbə qazanmaq üçün olduqca vacibdir.

- Püşkatmaların nəticələrini gördünüz. Pley-offda qarşılaşa biləcəyiniz rəqiblər barədə nə fikirləriniz necədir?

- İndi yalnız növbəti matç barədə düşünürük. Cavab oyuna bizim üçün önəmlidir. Hələ ki, pley-off barədə nəsə deyə bilmərəm.

- Bu gün (söhbət dünən olub - A.N.) həmçinin bir vaxtlar çıxış etdiyiniz "Partizan" klubu "Sabah"a qarşı oyun keçirdi və məğlub oldu. Bu nəticəni gözləyirdiz?

- Bu, olduqca yaxşıdır. Amma bundan artıq nəsə deyə bilmərəm. Sadəcə olaraq bu gözəl nəticədir.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31