2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Azərbaycan UEFA reytinqində daha yarım xal qazanıb

“Qarabağ” və “Sabah”ın avrokubokların III təsnifat mərhələsində uğurlu çıxışları Azərbaycana UEFA reytinqində daha yarım xal qazandırıb.

Futbolxeber.az saytının məlumatına görə, hər iki təmsilçimiz evdə keçirdikləri ilk oyunda qələbə qazanaraq, ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıblar.

“Qarabağ” Avropa Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiyanın HİK klubunu 2:1, “Sabah” isə “Bank Respublika Arena”da Konfrans Liqası matçında Serbiya “Partizan”ını 2:0 hesabı ilə məğlub edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,000 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31