2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Ataa Caber: “Bu qol kifayət deyil”

“İlk hissəyə nisbətdə ikincidə daha yaxşı oynadıq. Uğur qazanmaq üçün hər şeyimizi verdik, bütün cəhdlərimizi etdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin üzvü Ataa Caber UEFA Konfrans Liqasının üçüncü mərhələsinin ilk matçında “Beşiktaş”a 1:3 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.

O, daha qol vurmalı olduqlarını bildirib: “Düşünürəm ki, əlimizdə olan şansları qiymətləndirə bilmədik. Oyunun nəticəsini nisbətən daha yaxşı edə bilərdik. Təəssüf ki, bu dəfə alınmadı. Lakin səfərdəki görüşdə daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

O, ikinci hissədə daha yaxşı görünmələrinin səbəbini belə izah edib: “Deməzdim ki, birinci hissə tam pis idi. Sadəcə ilk hissədə oyunu arxadan başlayırdıq. Fasilədən sonra dəyişikliklər etdik. Daha təcrübəli oyunçuların meydana daxil olmaları ilə təzyiq yarada bildik. İkinci hissədə rəqibdən top ala bilirdik və daha rahat oyun sərgiləyirdik. İkinci hissə "Beşiktaş"ı təzyiq altında saxlaya bildik”.

Caber cavab matçında daha çox qol vurmalı olduqlarını xatırladıb: “Əlbəttə, bu qol kifayət deyil. Cavab matçında ikidən artıq qol vurmalıyıq. Türkiyədəki oyuna hazırlaşacağıq. Ölkə çempionatındakı oyunumuzdan sonra yalnız cavab matçına köklənərək səfərdə qələbə qazanmaq üçün çalışacağıq”.

Azad NURİYEV


 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31