2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Kevin Medina: “Mətbuatın “Qarabağ”ın üzərinə çox getməsi anlaşılmazdı”

“HİK haqqında ətraflı məlumata sahib deyildik, çünki daha əvvəl qarşılaşmamışdıq. Bugünkü oyun göstərdi ki, ciddi rəqibdi. Lakin onların sərgilədikləri futbola layiqli cavab verə bildik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Finlandiya çempionu HİK üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.

O, matçın əvvəlində komanda yoldaşı Elvin Cəfərquliyevlə aralarında yaranmış mübahisə barədə bunları söyləyib: “Futbol dialoqlar üzərində qurulur. Oyun ərzində belə epizodlar çox olur. Həmin an da sadəcə oyun epizodu idi. Nəzərə almaq lazımdır ki, stadionda azarkeşlərin səsindən bir-birimizi eşitmirik. Buna görə də bəzən ucadan qışqırmağa məcbur qalırıq. Ola bilər kənarda mübahisə edirik kimi görsənə bilər. Əslində isə bu, normal dialoqdu”.

Kolumbiyalı müdafiəçi “Rakov”la oyundan sonra təzyiqlərə məruz qalmaları barədə də danışıb: “Mediada, sosial şəbəkələrdə yazılan fikirlər bizə təzyiq etmir. Təzyiqi meydanda hiss edirik. Mənə elə gəlir ki, mətbuatın “Qarabağ”ın üzərinə çox getməsi anlaşılmazdı. Çünki illər boyu “Qarabağ” azarkeşlərinə sevinc yaşadıb. Bu halda komandanın üzərinə bu qədər gedilməsini anlaya bilmirəm. Digər klublar kimi, “Qarabağ” da dəstək olmaq lazımdı ki, gərginlik azalsın”.

Medina “Rakov”la oyun daha çətin oldu, yoxsa HİK-lə?” sualını belə cavablandırıb: “Hər oyun yeni tarixdi, fərqlidi. “Rakov”la qarşılaşmalar artıq geridə qalıb”.

“Qarabağ”ın müdafiəçisi mərhələ adlamaq şanslarını da dəyərləndirib: “Şans həmişə var. Üzərimizə düşən işləməkdi. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq”.  

Kolumbiyalı futbolçu müdafiədə çox səhvə yol vermələrinin səbəbini belə izah edib: “Futbol səhvlərdən ibarətdi. Ümumi götürdükdə “Qarabağ” az qol buraxan komandalardandı. Rəqib də məhsuldar komandalardan sayıla bilər. Yaxaladıqları şansları dəyərləndirməyi bacarırlar. Rəqib təzyiq yaratdıqda bəzi epizodlarda ehtiyatsızlığa yol verdik. Bütün bunları yoluna qoymaq üçün daha çox çalışmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31