2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Andre Şinyaşiki: "Birinci hissədə komanda olaraq "Beşiktaş"dan çəkinirdik"

“Mənim üçün “Beşiktaş”la oyun xüsusi əhəmiyyət kəsb edirdi. Çünki ilk dəfə idi ki, “Neftçi”nin start heyətində yer alırdım və azarkeşlərimizin önündə oynayırdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin hücumçusu Andre Şinyaşiki UEFA Konfrans Liqasında “Beşiktaş”a 1:3 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

O, ikinci hissədə daha yaxşı oynadıqlarını vurğulayıb: “İlk hissədə rəqibdən komanda olaraq bir qədər çəkinirdik. “Beşiktaş” güclü komandadı. Lakin rəqibin kimliyindən asılı olmayaraq qorxmadan mübarizə aparmaq lazımdı. İkinci yarıda bunu etdik. Nəticədə də daha yaxşı oyun sərgilədik”.

O bildirib ki, sona yaxın birdən daha çox qol vura bilərdilər: “Bəxtimiz gətirmədi. Daha çox qol vura bilərdik. Ancaq bəxtdən də əlavə unutmaq olmaz ki, yeni komandayıq. Bir-birimizə daha da yaxşı uyğunlaşmalıyıq ki, yaxaladığımız epizodları dəyərləndirək”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31