2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Şenol Güneş: "Neftçi"yə imkan verəndə..."

“İstanbula yaxşı hesabla qayıtmaq istəyirdik. Bunu bacardıq. Oyuna hakim olduq, istədiyimiz kimi çıxış etdik, qollar vurduq, eləcə də istifadə etmədiyimiz şanslar oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “Neftçi” üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edərkən deyib.

Türkiyəli mütəxəssis cavab matçına da ciddi hazırlaşacaqlarını bildirib: “Bəzi oyunçularımız yorulmuşdu. Bu səbəbdən də onları əvəzlədik. Bunun da nəticəsində son 10-15 dəqiqədə oyun qopdu. Buraxdığımız qol "Neftçi"nin gücünü və motivasiyasını artırdı, epizodları var idi. Sonluq bizim üçün dərs çıxaracağımız anlar oldu. Buradan yaxşı hesabla gedirik. İkinci matça da ciddi hazırlaşmalıyıq. "Neftçi"yə imkan verəndə, oynaya bilən istedadlı oyunçuları var. "Neftçi"yə liqada uğurlar arzulayıram. Stadionda yaxşı atmosfer var idi”.

Şenol Günəş daha əvvəl dostluq matçında qarşılaşdıqları “Sabah”la “Neftçi”nin belə müqayisə edib: “Sabah” da güclü heyətə malikdir. “Sabah”la qarşılaşdığımız zaman mövsümün sonları idi. İndi isə mövsümün əvvəlindəyik, oyunçular istənilən durumda deyillər. Bu, hər iki tərəf üçün keçərlidir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31