2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Bizim üçün vacib qələbə idi"

“Futbolçularımı təbrik etmək istəyirəm. Gərgin oyun alındı. Sondsa qalibiyyət bizim oldu. Çox ciddi rəqibə qarşı oynayırdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş Qurban Qurbanov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda HİK-i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

Mütəxəssis Finlandiya çempionu üzərində vacib qələbə qazandıqlarını bildirib: “Hava həddindən artıq isti idi. Belə bir havada futbolçular sona kimi dözdülər. Dinamikanı çox qaldıra bimədik. Bizim üçün vacib qələbə idi. Azarkeşlərimizə təşəkkür edirəm. Sona kimi komandaya güvəndilər”.

Qurbanov rəqibin qapıya endirdiyi 7 zərbənin hamısının çərçivəyə getməsinə belə münasinət bildirib: “Düzünü desəm, qapıya gedən zərbələri saymadım. Əsas qol epizodlarımız idi. 100-də 100 şanslarımız olsa da, istifadə edə bilmədik. Futbolçularımı başa düşürəm. İstər-istəməz gərginlik var idi. Həyəcan hiss olunurdu. İnşallah futbolçular cavab oyununda daha yaxşı oyun göstərərlər və qol epizodlarından daha dəqiq istifadə edərlər”.

“Qarabağ”ın baş məşqçisi cavab oyunu öncəsi üstünlük qazandıqlarını qeyd edib: “Qələbə qazanmaq üstünlükdü. Qalibiyyət futbolçulara inam verir. Qol buraxandan sonra yenidən fərqlənmək çox vacib idi. Hesabda öndə olarkən də bir neçə şansımız var idi. Lakin istifadə edə bilmədik və rəqib fərqləndi. Bugünkü qələbə sayəsində cavab matçı öncəsi üstünlük əldə etdik. Dediyim kimi, ikinci matçda daha yaxşı oynamağa çalışacağıq”.   

Qurban Qurbanov sonda bu gün UEFA Konfrans Liqasının üçüncü mərhələsinin ilk oyununda “Partizan”ı məğlub edən “Sabah”a təbriklərini çatdırıb: “2:0 hesablı qələbə qazandılar. Yaxşı qalibiyyət əldə etdilər və ölkəmizin reytinq xallarını yaxşılaşdıracaqlar. Bu münasibətlə onları təbrik edirəm. Cavab oyununda da uğurlar arzulayıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31