2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Emil Balayev: “İnanıram ki, “Beşiktaş”la oyunda yaxşı nəticə qazanacağıq”

“Hazırda özümü yaxşı hiss edirəm. Amma bu cür halla ilk dəfədir qarşılaşıram”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin qapıçısı Emil Balayev deyib.

Əməliyyat olunduğu üçün uzun müddət yaşıl meydanlardan kənarda qalan qolkiper bərpa prosesinin nə qədər davam edəcəyini bilmir:

“Karyeramda ilk dəfədir başıma belə bir zədə gəlir. Ona görə də konkret olaraq bilmirəm nə qədər zamana ehtiyacım var. Bunu həkimlər, fizioterapiya üzrə mütəxəssislər bilir. Həkim müayinədən sonra təxmini 5 ay deyib. Hazırda müalicəm davam edir”.

Balayev bu gün komandasının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Beşiktaş”a qarşı keçirəcəyi görüşdən də danışıb:

“Beşiktaş”a qarşı görüş çox maraqlı olacaq. Mübarizəli, gözəl bir oyun gözləyirəm. İnanıram ki, “Beşiktaş”la oyunda yaxşı nəticə qazanacağıq”.  

“Neftçi”nin qolkiperi bu gün azakeşlərin stadionda möhtəşəm atmosfer yaradacağına əminliyini ifadə edib:

“Bilirəm ki, oyuna maraq həddindən artıq çoxdu. Qarşılaşmanın biletləri satışa çıxan kimi qısa müddətdə satıldı. Bu gün “Neftçi Arena”da möhtəşəm atmosfer olacaq. Azarkeşlərimiz üçün rəqibin önəmi yoxdu, hər zaman bizi dəstəkləyiblər”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31