3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Neftçi”nin yeni transferi: “MLS-dən Azərbaycana gəlməyimin səbəbi odur ki...”

“Neftçi”nin yeni transferi Andre Şinyaşiki klub televiziyasına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, brazilyalı futbolçu daha əvvəldən “Neftçi” barədə məlumatlı olduğunu deyib: “Neftçi”dən təklif gələndə çox sevindim. Klub haqqında əvvəlcədən məlumatım var idi. Daha sonra internet üzərindən də araşdırdım. Şəhəri çox bəyəndim. Buraya gəldiyim üçün xoşbəxtəm”.

O, ölkəmiz haqqında müsbıt fikirlər eşitdiyini bildirib: “Azərbaycanda çıxış etmiş dostları olan, Qazaxıstanda oynayan bir dostumdan ölkəniz haqqında soruşdum. O, mənə burada hər şeyin yaxşı, komandanın bir ailə kimi olduğunu dedi”.

Braziliyalı futbolçu MLS-ni ABŞ liqasını Azərbaycana dəyişməsinin səbəbini belə izah edib: “MLS-dən Azərbaycana gəlməyimin səbəbi odur ki, Avropada çıxış etməyi həmişə arzulamışam. MLS-də 6 ildən çox oynamışam. Düşündüm ki, artıq dəyişiklik etməyin vaxtıdı və dünyanın digər tərəfindən necə bir təklifin olduğunu görmək istədim”.

Şinyaşiki hansı mövqedə oynamağın onun üçün fərq etmədiyini vurğulayıb: “Həm sol vinger, həm də mərkəz hücumçusu mövqeyində oynaya bilirəm. Karyeramın əksər hissəsində mərkəz hücumçusu kimi çıxış etmişəm, sonra isə məni daha çox sol cinah hücumçusu kimi oynadıblar. Artıq bu mövqeyə də uyğunlaşmışam. Harada oynamağımın fərqi yoxdur, əsas odur ki, komandaya köməyim dəysin”.

26 yaşlı futbolçu sonda azarkeşlərə səslənib: “Azarkeşlərə demək istərdim ki, hər zaman qələbə uğrunda döyüşən bir oyunçu olacağam. Burada çempionluq və kuboklar qazanmaq istəyirəm. Ümid edirəm ki, buna nail olacağam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31